ABŞ Venesuela yaxınlığında elit hərbi dəstələri yerləşdirib

ABŞ, Venesuela prezidenti Nikolas Maduronun administrasiyasına təzyiqi artırmaq məqsədilə ölkə yaxınlığında elit hərbi dəstələrini yerləşdirib.

Bu barədə “The New York Post” (NYP) nəşri yazıb.

Məlumata əsasən, bölgəyə göndərilən qüvvələr 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayına məxsusdur. “Gecə stalkerləri” kimi tanınan bu elit bölmələr “Yaşıl Beretlər”, “Dəniz Pişikləri” və “Delta” qrupunun hərbçiləri ilə birgə fəaliyyət göstərir.

Jurnalistlərin bildirdiyinə görə, “Gecə stalkerləri” əməliyyatlar zamanı əsasən “Little Birds” və “MH-60 Black Hawk” tipli helikopterlərdən istifadə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.