ABŞ vitse-prezidentinin korteji qəzaya düşüb

ABŞ vitse-prezidenti Cey Di Vensin korteji noyabrın 14-də qəzaya düşüb.

APA ABC News-a istinadla xəbər verir ki, Qəza nəticəsində bir polis əməkdaşı ağır xəsarət alıb.

İnsident Tennessi ştatının Merivil şəhərində qeydə alınıb. Həmin gün Vensin müşayiəti zamanı kortejə daxil olan və polisə məxsus “SUV” tipli avtomobil qəzaya düşüb.

Qəza zamanı polis əməkdaşı Castin Braun ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kritik olduğu və əməliyyat olunduğu bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.