ABŞ və Çin liderləri 4 saatlıq görüşdə nələri müzakirə ediblər?- XİN rəhbəri AÇIQLADI

“San-Fransiskoda Çin lideri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında danışıqlar zamanı Fələstin-İsrail münaqişəsi, Ukrayna böhranı, iqlim dəyişikliyi, süni intellekt kimi beynəlxalq məsələlər müzakirə edilib”.

Azpost.info xəbər verir ki, bunu Çin xarici işlər naziri Van İ deyib.

Onun sözlərinə görə, iki lider arasındakı söhbət dörd saat davam edib.

“Görüş zamanı hər iki ölkənin rəhbərləri bir-birini düzgün anlamaq, fikir ayrılıqlarını düzgün idarə etmək, dialoq və əməkdaşlığın təşviqi kimi ən aktual məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar”, – XİN rəhbəri deyib.

Van İ əlavə edib ki, Si Cinpinin danışıqları hərtərəfli və dərin olub. Dövlət başçıları ikitərəfli münasibətlərin sağlam, sabit və davamlı inkişafı üçün istiqamətləri müəyyən ediblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.