“ABŞ və Rusiya arasında qarşıdurma heç kimə lazım deyil” –PENTAQON

“ABŞ və Rusiya arasında qarşıdurma heç kimə lazım deyil”.

Azpost.info bildirir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək və ölkənin hava məkanını bağlamayacaq: “Prezident bu barədə aydın işarə verib. Bizim hərbçilər Rusiya ilə döyüşlərdə iştirak etməyəcək”.

Nazirin sözlərinə görə, hava məkanının bağlanması ABŞ-ın birbaşa cəlb olunması demək olardı.

“Bu demək olardı ki, biz Rusiyaya qarşı-qarşıya dururq. Söhbət iki nüvə dövlətindən gedir. Belə bir şeyi heç kim görmək istəmir. Cəlb edilmə münaqişədir”- deyə Ostin vurğulayıb.

O bildirib ki, ABŞ NATO ərazilərinin hər metrini müdafiə edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.