ABŞ xüsusi təyinatlılarında ilk dəfə qadın xidmət edəcək

10 İyul 2020 - 17:05

Tarixdə ilk dəfə ABŞ Silahlı Qüvvələrinin quru qoşunlarının xüsusi təyinatlı dəstəsində qadın xidmət edəcək.

Trend-in məlumatına görə, bu barədə “Yaşıl beretlilər” kimi tanınan dəstənin komandanı bildirib.

Qeyd olunur ki, qadın bunun üçün xüsusi kursları tamamlayıb.

Bu günədək yalnız 2016-cı ildə ABŞ Milli Qvardiyasında bir qadın xidmət edib.