ABŞ Yəməndə limana zərbə endirib, ekoloji fəlakət yaranıb

Yəmən ABŞ-ın hücumları səbəbindən Qırmızı dənizdə böyük neft sızıntısı barədə xəbərdarlıq edib.

AzPost bildirir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Yəmənin xarici işlər naziri Camal Amer BMT və BMT-nin baş katibi Antonio Quterreşə mesaj göndərərək ABŞ-ın Ras-İssa limanındakı mülki infrastruktura hücumlarından narahatlığını bildirib.

Nazirlik tərəfindən yayılan mesajda Amer deyib: “Amerika Ras-İssa limanının mülki infrastrukturunu dağıdıblar. Daha təhlükəlisi odur ki, bu hərəkətlər dəniz ekoloji fəlakətinə səbəb olub, çünki böyük miqdarda neft məhsulları Qırmızı dənizin sularına və ona bitişik ərazilərə axıb”.

Nazir Ras-İssa limanında baş vermiş cinayətə və onun fəlakətli nəticələrinə görə tam beynəlxalq məsuliyyəti ABŞ-ın üzərinə qoyub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.