ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
“Qafqazinfo” “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb.
O, hər iki tərəfin – Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.
“Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32 kilometr yolu 100 illik nəzarət üçün verin”.