Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edilib

User 12 Sentyabr 2023 - 13:13 (Last updated: 21 May 2025 - 20:15)
qatar ankara

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq yenilənmiş Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürət elektrik qatarlarının hərəkət cədvəlində sentyabrın 15-dən etibarən dəyişikliklər edir.

ADY-dən bildirilib ki, sentyabrın 8-də tətbiq edilmiş yeni qrafik üzrə ADY-də sərnişin axınına və Bakı şəhərində ictimai nəqliyyatda olan sıxlığa dair məlumatlar üzrə təhlillər aparılıb, sərnişinlərin müraciətləri diqqətə alınaraq cari hərəkət qrafikində müvafiq dəyişikliklər edilib.

Qurumdan bildirilib ki, Sumqayıtdan saat 7:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin sentyabrın 15-dən etibarən bərpasına qərar verilib. Sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilib.

Qeyd olunub ki, yeni qrafikə əsasən Sumqayıtdan saat 6:35-də, Bakıdan isə saat 7:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 8:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 7:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 8:42-də çatan qatarın hərəkəti bərpa edilir.

Ləğv edilən reyslərlə bağlı bildirilib ki, Sumqayıtdan saat 6:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq Sumqayıtdan saat 6:20 və 6:45-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.

Bakıdan saat 7:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq Bakıdan saat 7:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.

Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.

Bir daha qeyd edirik ki, ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir, rəsmi hesablara, 18 22 Çağrı mərkəzinə daxil olan hər bir müraciət diqqətə alınaraq xüsusi araşdırılır. Bütün bunların nəticəsi olaraq xidmət səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində vaxtaşırı operativ addımlar atılır.

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Ceyhun Bayramov BMT-nin Cenevrədəki ofisinin baş direktorunu regiondakı vəziyyət barədə məlumatlandırıb

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.