Ceyhun Bayramov BMT-nin Cenevrədəki ofisinin baş direktorunu regiondakı vəziyyət barədə məlumatlandırıb

İsveçrədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı BMT-nin Cenevrədəki ofisi və Azərbaycan arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.

BMT rəsmisi regiondakı mövcud vəziyyət barədə məlumatlandırılıb.

Əvvəlki məqalə

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edilib

Sonrakı məqalə

Polis Ordu ilə bağlı “Tik-Tok”da yalan məlumatlar yayan şəxsi saxlayıb