Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Abşeron dairəvi dəmiryolu marşrutu üzrə hərəkət qrafiki dəyişir –

User 03 Aprel 2024 - 13:02 (Last updated: 21 May 2025 - 20:15)
qatar

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə 6 aprel 2024-cü il tarixindən etibarən Sumqayıt–Pirşağı sahəsində təmir işlərinə başlayır. Görüləcək işlərlə əlaqədar müvafiq xətt üzrə texniki fasilənin verilməsi üçün qatarların hərəkət qrafikində dəyişliklər edilir.

ADY-dən verilən məlumata görə, həftəiçi Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 09:30-da, saat 10:00-da və saat 14:50-də, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 10:00-da, saat 10:45-də və saat 12:00-da, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 11:35-də, saat 15:30-da və saat 17:40-da, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 12:10-da, saat 15:25-də və saat 16:35-də yola düşən qatarların hərəkəti sentyabr ayına kimi müvəqqəti dayandırılır.

Həmin müddət aralığında sərnişin tələbatını təmin etmək məqsədilə həftənin iş günlərində Bakıdan saat 16:20-də, Sumqayıtdan isə saat 17:20-də, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakıdan saat 20:45-də və saat 21:20-də, Sumqayıtdan isə saat 20:15-də və saat 20:50-də qatarların hərəkəti üçün əlavə reyslər təyin olunur.

İnfrastrukturda aparılan təmir işləri ilə əlaqədar ümumilikdə Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqaməti üzrə iş günlərində 6 reys ləğv olunaraq əvəzinə əlavə 2 reys, qeyri-iş günlərində isə 6 reys ləğv olunaraq əvəzinə əlavə 4 yeni reys təyin edilib.

Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqaməti üzrə, həmçinin günün pik saatlarında Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqamətində qatarların hərəkət qrafiki olduğu kimi qalır.

Yük və sərnişin daşımalarında etibarlı tərəfdaş kimi çıxış edən ADY davamlı olaraq infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Xidmət sahələrində davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Post navigation

Previous: Aprelin 14-də bir sıra imtahanlar keçiriləcək
Next: Prezident İlham Əliyev Sankt-Peterburqun qubernatorunu qəbul edib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.