“Abşeron” yatağından ilk qazın verilməsi mərasimi keçirilir-FOTO

Bu gün Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbir – “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir.

Azpost.info bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında qeyd edib.

 

“”Abşeron” qaz-kondensat yatağının fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Bu əlamətdar hadisədə əməyi olan hər kəsə təşəkkür edir və uğurlar diləyirik”-deyə nazir yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.