Abşeronda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub

15 Yanvar 2020 - 21:47

Abşeron rayonu Məhəmmədi qəsəbəsində 13 yaşlı qızı avtomobil vurub.

13 yaşlı Hüseynova Aydan Elçin qızı yolu keçmək istəyərkən minik avtomobilinin zərbəsi ilə üzləşib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı ağır vəziyyətdədir. (APA)