Abşeronda qətlə yetirilən qadın 7 aylıq hamilə olub

30 Aprel 2020 - 13:24

Abşeronda baş verən qət hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova 7 aylıq hamilə imiş.

Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.

Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.