Abşeronda vətəndaş “Azərişıq”dan narazıdır- “İşıqsız qalmaq məcburiyyətindəyik”

Azərişıq
Azərişıq

Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan sakin Sunay Əzizov “Azərişıq” ASC-dən şikayət edib. AzPost.az xəbər verir ki, vətəndaş evinə quraşdırılmış sayğacla bağlı yaranan problemin günlərlə həll edilməməsindən narazılıq bildirib.

Əzizovun sözlərinə görə, sayğacda nasazlıq yaranıb, lakin cihazın üzərində möhür olduğu üçün sakinlər özləri müdaxilə edə bilmirlər. “Kənardan müdaxilə etsək, bu, cərimə sayılır. Qaynar xəttə müraciət etdik, dedilər ki, bazar ertəsi Asan Kommunal mərkəzinə yaxınlaşın. İndi isə iki gün işıqsız qalmalıyıq. Havalar sərinləyir, bu, nə absurd və biabırçı yanaşmadır?” – deyə sakin bildirib.

Şikayətçi əlavə edib ki, problem texniki qrup tərəfindən dərhal həll oluna biləcəyi halda vətəndaşların uzun müddət gözləməyə məcbur edilməsi düzgün deyil.

Qeyd edək ki, “Azərişıq” ASC istehlakçılara 7/24 xidmət göstərdiyini və təcili müraciətlərə operativ cavab verildiyini bildirsə də, vətəndaşların bu kimi şikayətləri sosial şəbəkələrdə artmaqda davam edir.

Məsələ ilə bağlı AzPost.az “Azərişıq” ASC-dən rəsmi mövqe öyrənməyə çalışacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.