Ada dövlətlərinə dəstək göstərmək hamımızın mənəvi borcudur- COP29-un Prezidenti

Bizim üçün aydındır ki, inkişaf etməkdə olan ölkələrin problemlərinin aradan qaldırılması üçün çalışmalıyıq.

Bunu COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində bildirib.

COP29-un Prezidenti qeyd edib ki, Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri ilə də bu məsələ ilə bağlı müzakirələr aparılıb: “Biz artıq COP29 çərçivəsində Zərərlər və İtkilər Fondu barədə danışırıq. Azərbaycan çağırışları nəzərə alaraq, öz planlarını təqdim edib. Azərbaycan hər bir imkandan istifadə edəcək ki, qarşıdakı məqsədlərə nail olaq. Ada dövlətlərinə dəstək göstərmək hamımızın mənəvi borcudur. Çoxtərəfli iqlim fəaliyyəti həmin dövlətlərə xeyir gətirməsə, bu fəaliyyət səmərəsiz olar. COP29 çərçivəsində bu məsələlərin həllinə çalışacağıq. Yaşıl dünya naminə həmrəy olaq”.

Əvvəlki məqalə

Mixail Mişustin Azərbaycana səfərə gəlib

Sonrakı məqalə

Fransanın və Niderlandın dənizaşırı əraziləri çox ciddi çətinliklərlə üzləşir –