Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır

Orkhan Ali 14 May 2025 - 19:00 (Last updated: 21 May 2025 - 20:39)
Kredit

Kredit

Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirirlər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq.

Məsələ ilə bağlı İnternet Formunun prezidenti Osman Gündüz açıqlama verib:

“Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb.

Müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə “siz təsdiqləmisiniz” deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var.

Qısa araşdırma ilə müəyyən etdim ki yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar. Hətta elə nəhəng banklar var ki, güman ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər. Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib”.

Ekspert bildirir ki, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar video zəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər:

“Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görsənir ki daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir. Düşünürəm ki, Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – başqa seçim verilməli deyil banklara. Bu mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir”.

Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bankı kartı olan vətəndaşlarla bağlıdır.

Bəs bu zaman nələrə diqqət etməliyik?

Ekspert bildirib ki, əlbəttə ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər:

“Amma düşünürəm ki bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməldir, məsələn vətəndaşlara ümumiyyətlə kredit məsələsinə STOP qoymaq imkanı verməlidir. Ümumiyyətlə, düşünürəm ki hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir. Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kreidt götürülmüş vətəndaşlara “təhlükəsizlik sizin öhdəliyinizdədir”, “özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər”.

Qeyd edək ki, əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa bu problemin həlli çox çətin olacaq.

AzPost.az

Post navigation

Previous: “MİDA”dan yarım milyonluq layihə
Next: Rusiya azərbaycanlı məşhur bloqer Hüseyn Həsənovu axtarışa verib –

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən...
Read more about Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.