Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

ADSEA: Aqrar sahə üçün etibarlı su təminatı həlledicidir

User 19 İyun 2026 - 12:17 (Last updated: 19 İyun 2026 - 12:31)
adsea

Qazax-Tovuz iqtisadi rayonu ölkəmizin qərb bölgəsində mühüm aqrar potensiala malik regionlardan biridir. Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq aqrar ixtisaslaşmanın əsas istiqamətlərini təşkil edir. Bu sahələrin dayanıqlı inkişafı üçün etibarlı su təminatı, suvarma şəbəkələrinin işlək vəziyyətdə saxlanılması və su ehtiyatlarından qənaətli istifadə həlledici əhəmiyyət daşıyır.

Bunu ADSEA sədrinin müavini İlham Bayramov Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Qeyd olunub ki, regionda və ümumilikdə ölkə üzrə müşahidə olunan orta illik temperatur artımı, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiqə görə son illərdə ölkə üzrə su ehtiyatlarının qorunması, yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində intensiv və genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələr Qazax-Tovuz iqtisadi rayonu da daxil olmaqla ölkənin qərb bölgəsində kənd təsərrüfatının dayanıqlı su təminatının yaxşılaşdırılmasına baxımından mühüm əhəmiyyət daşıyır.

Son 20 ildə bu sahəyə əhəmiyyətli dərəcədə dövlət vəsaiti yönəldilib, infrastruktur genişləndirilmiş və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb. Ümumi sututumu 557 milyon m³ olan 5 su anbarı – Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları inşa edilmiş, eyni zamanda 4,77 min km suvarma kanalının, 3,61 min km kollektor-drenaj şəbəkəsinin tikintisi və təmir-bərpası aparılıb, 1,6 min km boru kəməri çəkilib.

Əkin sahələrinin suvarılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 3 394 ədəd subartezian quyusu qazılıb, sel və daşqınların yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə 234,7 km uzunluğunda sahil mühafizə tədbirləri həyata keçirilib.

 

Hazırda respublikanın bütün bölgələrində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də irimiqyaslı su infrastrukturu layihələri həyata keçirilir. Ümumi sututumu 26,8 milyon m³ olan Zabuxçay su anbarı tikilmiş, eləcə də ümumi sututumu 44,3 milyon m³ olan Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları yenidən qurulmuşdur. Araz sərhəd çayı üzərində ümumi sututumu 1 662 milyon m³ olan Xudafərin və Qız Qalası su anbarları Su Elektrik Stansiyası ilə birlikdə inşa edilib.
Eyni zamanda Şəmkir Maşın kanalının tikintisi ilə Şəmkir, Samux, Goranboy və Göygöl rayonlar üzə cəmi 102 min hektar ərazisində olan torpaq sahələrinin su ilə təmin edilməsi nəzərdə tutulub. Kanal 3 növbədən ibarət olmaqla layihələndirilib, layihə üzrə I və II növbə tikinti işləri başa çatdırılıb. /APA/

AzPost.az

Post navigation

Previous: “İranın yenidənqurulması başlayıb” –
Next: İstanbulda təhsildən kənarda qalan azərbaycanlı uşaqlarla bağlı maarifləndirici seminarlar keçirilib – FOTOLAR

Oxşar xəbərlər

bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
pul
  • İqtisadiyyat

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manata çatacaq

User 05 Noyabr 2026 - 15:15
pul
  • İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

User 05 Noyabr 2026 - 15:12

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.