Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İstanbulda təhsildən kənarda qalan azərbaycanlı uşaqlarla bağlı maarifləndirici seminarlar keçirilib – FOTOLAR

User 19 İyun 2026 - 12:25 (Last updated: 19 İyul 2026 - 12:16)
qht istanbul02

“Maarifçi Qadınlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Türkiyənin İstanbul şəhərində yaşayan və müxtəlif səbəblərdən təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi” layihəsi çərçivəsində iki maarifləndirici seminar keçirib.

Seminarlar 14 iyun 2026-cı il tarixində saat 11:00-da və 16:00-da İstanbulun müxtəlif bölgələrində yaşayan azərbaycanlıların iştirakı ilə təşkil olunub.

Tədbirlərin əsas məqsədi İstanbulun müxtəlif ərazilərində yaşayan və çalışan azərbaycanlıları məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi məsələsi barədə məlumatlandırmaq, eləcə də təhsildən kənarda qalan uşaqların müəyyənləşdirilməsində və məktəbə yönləndirilməsində ictimai dəstəyi gücləndirmək olub.

Tədbirdə çıxış edən “Maarifçi Qadınlar” İctimai Birliyinin sədri və qurucusu Şərqiyyə Məmmədova bildirib ki, Ermənistan–Azərbaycan münaqişəsinin başladığı dövrdən etibarən Naxçıvanda yaranmış mürəkkəb sosial-iqtisadi vəziyyət, işsizlik və maddi çətinliklər səbəbindən bir sıra ailələr Türkiyəyə üz tutublar.

Onun sözlərinə görə, yaşayış icazəsi ilə bağlı hüquqi çətinliklər bəzi ailələrin övladlarını Türkiyədəki dövlət məktəblərinə yerləşdirməsinə mane olub. Bu vəziyyət uzun müddət, təxminən 2017-ci ilədək davam edib. Nəticədə, bəzi uşaqlar və gənclər davamlı təhsil imkanlarından məhrum olub, onların arasında oxu və yazı bacarıqlarını yetərincə mənimsəyə bilməyənlər də olub. Bu isə sonrakı illərdə həmin şəxslərin həm gündəlik həyatında, həm də cəmiyyətə uyğunlaşmasında ciddi çətinliklər yaradıb.

Şərqiyyə Məmmədova qeyd edib ki, ötən dövrdə İstanbul şəhərində “Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” sivil toplum təşkilatı, həmin təşkilatın nəzdində isə Hüseyn Cavidin adını daşıyan məktəb yaradılıb.

“Valideynlərinin müxtəlif ərazilərdə çalışması səbəbindən gün ərzində evdə nəzarətsiz qalan və ya İstanbul küçələrində müxtəlif zərərli təsirlərlə üzləşmək riski daşıyan 7 minə yaxın məktəbyaşlı azərbaycanlı uşağın təhsilə cəlb olunmasına dəstək göstərilib. Bununla da onların təhlükəsiz mühitdə təhsil almasına və gələcəyə daha inamla hazırlanmasına töhfə verilib”, – deyə təşkilat sədri bildirib.

Keçirilən seminarların hər birində 25–30 nəfər olmaqla, ümumilikdə 60-a yaxın şəxs iştirak edib.

Fotolar

AzPost.az

Post navigation

Previous: ADSEA: Aqrar sahə üçün etibarlı su təminatı həlledicidir
Next: Prezident ictimai-siyasi xadim Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Oxşar xəbərlər

memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47
kiber firildaq
  • Sosial

Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır?

User 05 Noyabr 2026 - 20:16

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.