ADSEA-da 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Bu barədə “APA-Economics”ə ADSEA-dan bildirilib.

Tədbirdə Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, həmçinin şöbə və sektor müdirləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinin xalqımızın birlik, cəsarət və qətiyyət rəmzinə çevrildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı Zəfərin Azərbaycan tarixində əbədi iz qoyduğunu vurğulayıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.