ADY sədrinə 5-ci müavin təyin olundu- DOSYE

Nicat
Nicat

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. ADY-dən verilən məlumata görə, Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.

AzPost bildirir ki, ADY sədri Rövşən Rüstəmovdur. Bu günə kimi onun 4 müavini olub. Onlardan ikisi Əlirza Süleymanov və İqbal Hüseynov 15 ildir ki, bu postu tutub. Digər müavin Zaman Novruzov isə 2016-ci ildən sədr ADY sədrinin müavini vəzifəsində çalışır.

Rövşən Rüstəmov ADY sədri  olunduqdan sonra yalnız 1 müavin təyinatı həyata keçirilib. 2024-cü ildə Arif Ağayev sədrin müavini təyin olunub. Nicat Quliyev isə ADY sədrinə təyin olunan 5-ci müavindir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.