Uçmaq qorxusu, yəni aefrofobiya bir çox insan üçün ciddi narahatlıq mənbəyidir. Psixoloq Marianna Abravitova bu problemi yaşayanlara tövsiyələr verib.
AzPost xəbər verir ki, ekspert qeyd edir ki, qorxu və narahatlığa əsaslanaraq hərəkət etmək düzgün deyil. Aefrofobiyadan qurtulmaq üçün sakit və obyektiv yanaşmaq vacibdir.
Abravitova tövsiyə edir ki, uçuş təhlükəsizliyi ilə bağlı statistik məlumatları öyrənmək və real riskləri qiymətləndirmək lazımdır. “Bu məlumatlar qorxunu azaltmağa kömək edir. Əgər qorxu hələ də qalırsa, diqqəti nəfəs texnikalarına yönəltmək faydalıdır,” — deyə psixoloq əlavə edib.
Ekspertin sözlərinə görə, düzgün yanaşma və nəfəs məşqləri qorxunu idarə etməyə, həmçinin uçuş zamanı sakitliyi saxlamağa imkan verir.