Afaq Əliyeva:

"Azərbaycanda maskadan bu qədər istifadə etmək ajiotaj yaradır"
25 Fevral 2020 - 16:42

“Azərbaycanda koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.

APA-nın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva APA TV-yə müsahibəsində deyib.  

Onun sözlərinə görə, koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb: “İnsanlarda müəyyən narahatlıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar”.