Afaq Əliyeva:"Azərbaycanda maskadan bu qədər istifadə etmək ajiotaj yaradır"

“Azərbaycanda koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.

APA-nın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva APA TV-yə müsahibəsində deyib.  

Onun sözlərinə görə, koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb: “İnsanlarda müəyyən narahatlıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub

Sonrakı məqalə

Si Cinpin: