Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

AFFA cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub

User 07 Dekabr 2025 - 18:00 (Last updated: 07 Dekabr 2025 - 17:26)
affa cenub

AFFA rəhbərliyinin bölgələrə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfəri çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.

Səfər Biləsuvar və Cəlilabaddan başlayıb. AFFA rəsmiləri orada Olimpiya İdman komplekslərini və yerli stadionları yoxlayaraq, mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.

Daha sonra Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkilib. AFFA nümayəndələri Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarışı izləyiblər. AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə olunub. Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra görüşlər keçirilib.

Cənub turu Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona aparılan baxışlarla davam edib.

Səfərin sonunda AFFA rəsmiləri Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olublar.

AzPost.az

Post navigation

Previous: HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb
Next: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk

Oxşar xəbərlər

gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58

xƏBƏR

AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, İran...
Read more about AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.