AFFA cərimələr kəsdi- Qarabağ və Sabah-a böyük məbləğdə cərimələr

Affa
Affa

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun final oyununda baş verən qayda pozuntularına görə “Qarabağ” və “Sabah” klublarını cəzalandırıb. AzPost xəbər verir ki, komitə Ağdam təmsilçisinə ümumilikdə 6700 manat, “Sabah” klubuna isə 2200 manat məbləğində cərimə tətbiq edib.

“Qarabağ” 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat, məşqçi Müşfiq Hüseynovun oyunun 120-ci dəqiqəsində hakimin qərarına etiraz edərək meydana daxil olması səbəbindən 1500 manat, futbolçu Yassin Benzianın hakimi təhqir etdikdən sonra fiziki təzyiq göstərməyə çalışması üzündən 3000 manat və azarkeşlərinin pirotexniki vasitə istifadə etməsi səbəbindən 1500 manat cərimələnib.

Məşqçi Müşfiq Hüseynov 2, futbolçu Yassin Benzia isə 5 oyunluq diskvalifikasiya olunub.

“Sabah” klubuna isə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə 1500 manat cərimə tətbiq edilib.

Qeyd edək ki, final oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib və “Sabah” 3:2 hesabı ilə qalib gələrək kuboku qazandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.