Çempionlar Liqasının finalının Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edildi- RƏSMİ

AFFA 2027-ci ildə Çempionlar Liqasının final oyununa ev sahibliyi üçün UEFA-ya müraciət edib.

Bu barədə milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qitənin bir nömrəli klub turnirinin həlledici matçının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlanıb.

UEFA-nın yaydığı məlumata görə, BOS-la yanaşı, İspaniyanın Madrid şəhərində yerləşən “Metropolitano” stadionu da final oyununa ev sahibliyi etməyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı görüşü Almaniyanın Münhen şəhərində keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.