AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Sentyabrın 13-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.

İclasın gündəliyinə lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi, AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat, Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı, aşağı yaş qrupları üzrə liqaların, Qadın Liqalarında 2024-2025-ci illər mövsümü üçün təkliflərin və milli assosiasiya tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi, İntizam Komitəsinə yeni üzvlərin təsdiqi və digər məsələlər daxildir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.