AFFA kütləvi davaya görə “Sabah”ın və “Qarabağ”ın məşqçilərini cəzalandırdı

AFFA İntizam Komitəsi “Sabah”ın məşqçisi Valerio Zuddası 7 oyunluq diskvalifikasiya edib.

Azpost.info AZƏRTAC -a istinadən xəbər verir ki, buna mütəxəssisin Misli Premyer Liqasının XXII turunun “Qarabağ”la matçında (3:3) rəqib komandanın ehtiyat skamyasında əyləşən şəxslərə qeyri-etik jest etməsi səbəb olub. Nəticədə Bakı klubu da 15 000 manat məbləğində cərimələnib.

“Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə isə kütləvi davada iştirak etdiklərinə görə hərəsi 6 oyun cəza alıb. Klub isə ümumilikdə 12 000 manat cərimə ödəyəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.