Afrika Birliyi üzvü olan dövlətlər Beynəlxalq Ədalət Məhkəməsində kölə ticarəti ilə bağlı bir neçə Avropa ölkəsinə qarşı iddia qaldırmağı planlaşdırır.
Azpost.info bildirir ki, bu barədə The Daily Telegraph xəbər verir.
Britaniya qəzeti xəbər verir ki, Afrika Birliyi üzvləri əsrlər boyu davam edən köləlik və imperiya fəaliyyətləri ilə bağlı keçmiş müstəmləkə güclərinə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır. “Onlar transatlantik kölə ticarətinin insanlığa qarşı cinayət olduğunu iddia edirlər”.
Qeyd olunur ki, Aİ ölkələri Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliyadan təzminat tələb etmək niyyətindədirlər. Onlar hesab edirlər ki, 17-ci və 18-ci əsrlərdə qul ticarəti “insanlığa qarşı cinayət” təşkil edir və bunun üçün kompensasiya ödənilməlidir.
Uqanda hakimi Martin Okumu Masiga tarixi cinayətlərə görə kompensasiya ödəmək üçün presedentlərə işarə edib.
“Almaniya Holokost üçün təzminat ödəyib”. Masiga nümunə olaraq bildirib ki, ABŞ İkinci Dünya Müharibəsi zamanı həbsdə olan yapon mənşəli amerikalılara təzminat ödəyib.