Afrika ölkələrindən sülh missiyası Moskvaya gəlir- Kreml təsdiqlədi

“Afrika ölkələrindən sülh missiyası Rusiyaya səfər edəcək”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, tarix hələ razılaşdırılmayıb, lakin səfər Rusiya-Afrika sammitindən əvvələ planlaşdırılır.

“Dəqiq tarix diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. Bu, bu sammitə qədər baş verməlidir, tarix razılaşdırıldıqdan sonra məlumat verəcəyik, – Peskov deyib.

O əlavə edib ki, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa bu yaxınlarda Vladimir Putinlə telefon danışığında Afrikanın ən böyük qitə kimi Ukraynadakı böhranın həlli üçün səy göstərməyi zəruri hesab etdiyini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.