Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Afrika sürətlə istiləşir –

User 19 İyun 2026 - 10:04 (Last updated: 19 İyun 2026 - 10:04)
afrika

Afrika qitəsi qlobal orta göstəricidən daha sürətlə istiləşməyə davam edir, iqlim dəyişikliyinin təsirləri isə regionda getdikcə daha kəskin hiss olunur.

Bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “2025-ci ildə Afrikada iqlimin vəziyyəti” adlı hesabatında deyilir.

Sənədə əsasən, 2025-ci ildə ekstremal iqlim hadisələri ən azı 13 milyon insana təsir edib, 3 mindən çox insan isə həyatını itirib.

Hesabatda bildirilir ki, Şimali Afrikada güclü istilər və quraqlıqlar kənd təsərrüfatına ciddi zərər vurub. Şərqi Afrikada isə 8,5 milyon insan iqlim fəlakətlərindən təsirlənib.

Məlumatda qeyd olunur ki, artan temperatur Afrika buzlaqlarının sürətlə əriməsinə səbəb olur. Xüsusilə Kilimancaro dağı üzərindəki buzlaqlar ciddi şəkildə kiçilib və yaxın gələcəkdə tamamilə yox ola bilər.

ÜMT-nin məlumatına görə, buzlaqların əriməsi daşqın risklərini artırır və dəniz səviyyəsinin yüksəlməsinə təsir göstərir. 2025-ci ildə Afrikadakı ekstremal hadisələrin yarıdan çoxu daşqınlarla bağlı olub və xüsusilə Nigeriya və Konqo Demokratik Respublikası ciddi zərər görüb.

Hesabatda vurğulanır ki, iqlim dəyişiklikləri sosial-iqtisadi problemləri dərinləşdirir və bir çox ölkədə effektiv erkən xəbərdarlıq sistemlərinin olmaması vəziyyəti daha da ağırlaşdırır.

AzPost.az

Post navigation

Previous: İyunun 19-na təyin olunmuş ABŞ-İran danışıqları ləğv edilib –
Next: Azərbaycan nefti ucuzlaşıb

Oxşar xəbərlər

DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
tramp zelenski
  • Dünya

Tramp seçkilərdən sonra Ukraynaya təzyiqi artıra bilər – Zelenskini nə gözləyir?

User 05 Noyabr 2026 - 21:00

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.