Afrikalı ekoaktivist COP29-dan əsas gözləntisini açıqlayıb

“Düşünürəm ki, iqlim dəyişmələri ilə mübarizə indiki və gələcək nəsillərin mübarizəsidir”.

Bu sözləri açıqlamasında Ruandadan olan musiqiçi və ekoaktivist Prosper Habayomana deyib.

O bildirib ki, bu mübarizədə birgə addımlar atılmalıdır: “Bu, mənim COP-da ilk iştirakımdır. COP29-dan əsas gözləntim ondan ibarətdir ki, dünya liderləri hər kəsin ehtiyaclarını qarşılayan qərarlarla bağlı razılığa gəlsinlər. Karbon emissiyalarının atmosferə buraxılmasında 4 faiz Afrika qitəsinin payına düşür. Halbuki iqlim dəyişmələrindən ən çox zərər çəkən qitə Afrikadır. Düşünürəm ki, iqlim maliyyəsi baxımından Afrikaya 1,3 trilyon dollar vəsait ayrılmalıdır”.

“Mən həm də musiqiçiyəm. COP29 çərçivəsində bir tədbirdə öz mahnılarımı ifa edəcəyəm. Mənim bəstələrim iqlim ədaləti və digər mövzular barədədir”, – P.Habayomana qeyd edib(azərtac).

Əvvəlki məqalə

“Ukrayna gözləniləndən daha az insanı səfərbər etdi”

Sonrakı məqalə

“Belarus ərzaq ixracını ildə 10 milyard dollar səviyyəsinə çatdırmalıdır”