ABŞ-la Çini üz-üzə gətirən Tayvan səfəri- Ağ Ev Nensi Pelosiyə xəbərdarlıq etdi

Ağ Ev Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Tayvana səfərin riskləri barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bayden administrasiyasının rəsmiləri Pelosi və komandası ilə görüşlər zamanı səfərin potensial risklərini aydınlaşdırmağa çalışırlar.

ABŞ prezidenti Co Bayden Pentaqonun mövqeyinə istinad edərək deyib ki, Pelosinin Tayvana səfəri yaxşı fikir kimi görünmür.

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey bildirmişdi ki, Nensi Pelosi Tayvana səfərini ləğv etməsə, Çin ordusu bu səfərin qarşısını almaq üçün tədbirlər görəcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian isə dünən xəbərdarlıq etmişdi ki, Pelosinin Tayvana mümkün səfərinə ciddi şəkildə hazırlaşırlar.

Pekin Tayvanı Böyük Çinin ərazisi hesab edir. Baxmayaraq ki, adaya və onun hökumətinə rəsmən nəzarət etmir.

Azpost.info

Əvvəlki məqalə

“Hüquq-mühafizə orqanlarına müraciət edəcəyik” –

Sonrakı məqalə

“Kimin artıq pulu varsa, repetitor yanına gedəcək” –