“Hüquq-mühafizə orqanlarına müraciət edəcəyik” –Nazirdən imtahan suallarının satılmasına reaksiya

Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları zamanı riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib.

Nazir bu gün keçirilən brifinqdə deyib ki, Nazirlik bu məsələdə zərərçəkən tərəfdir.

“Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallardan seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. Riyaziyyat fənnindən suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, – nazir əlavə edib.(APA)

Əvvəlki məqalə

“Şuşaya saxta turlar təşkil edirlər…” –

Sonrakı məqalə

ABŞ-la Çini üz-üzə gətirən Tayvan səfəri