Ağ Ev yaxın günlərdə Rusiya-Ukrayna sülh planını açıqlayacaq –KİV

Ağ Ev yaxın bir neçə gün ərzində Rusiya və Ukrayna arasında gizli sülh planını dünyaya açıqlayacaq.

APA xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə “POLITICO”ya məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın komandası Ukrayna və Avropa olmadan birbaşa olaraq Moskva ilə sözügedən planı müzakirə edib.

“Ağ Ev plan barədə Zelenskiyə məlumat verəcək və Ukrayna lideri təzyiq altında bu planı qəbul etməyə məcbur olacaq” mənbə bildirib.

“Avropalılar isə vecimizə deyil” mənbə əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.