Ağ Evin yaxınlığında Donald Trampın tərəfdarları bıçaqlanıb

Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampın tərəfdarları bıçaqlanıb.

APA-nın “NBC Washington”a istinadən verdiyi xəbərə görə, Ağ Evin yaxınlığında 1 qadın və 3 kişiyə bıçaqla xəsarət yetirilib.

Polisdən bildirilib ki, xəsarət alan şəxslər D. Trampı dəstəkləyən “Proud Boys” sağçı qrupunun üzvləridir.

Zərərçəkənlər şübhəlilərin “Black Lives Matter” etiraz hərəkatının üzvləri olduğunu iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fotosu simvola çevrilmiş topçunun atası:

Sonrakı məqalə

ABŞ-da prezident seçkilərində qalib hələ məlum deyil