Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki hərbçisi güllələnib

Vaşinqtonda, Ağ Evin yaxınlığında atışma baş verib.

AzPost CNN-ə istinadən bildirir ki, Milli Qvardiyanın iki əməkdaşı yaralanıb, onlardan biri başından güllə yarası alıb. Ağ Evdə karantin tətbiq edilib.

Prezident Tramp Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən atışmaya reaksiya verib.

“Milli Qvardiyanın hərbiçilərinə atəş açan heyvanlar bunun hesabını pis ödəyəcəklər. Prezident olaraq Milli Qvardiyanın yanındayam!”-deyə Tramp yazıb.

Qərbi Virciniya qubernatoru Patrik Morrisey bildirib ki, Ağ Ev yaxınlığında baş verən atışmada yaralanan hər iki Milli Qvardiya əsgəri ölüb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.