Ağacda yerləşən restoran –

FOTO
09 Oktyabr 2021 - 08:56

Yeni Zelandiyada “Pacific Environment” və “Yellow Pages” arxitektura şirkətlərinin birgə layihəsi ilə tikilən “Sarı Treehouse” restoranı yerdən 12 metr hündürlükdə – ağacda yerləşir.

Burada yaxşı qidalanmaqla yanaşı, ətrafdakı meşə mənzərəsindən də həzz almaq mümkündür. Ziyarətçiləri çox olan 18 nəfərlik restoranda yerləri adətən əvvəlcədən sifariş edirlər. Restoranın mətbəxi birinci mərtəbədə yerləşir.

Tamamilə ağac materialdan tikilmiş restoranın eni 9 metr, hündürlüyü isə 12 metrdir.

“Sarı Treehouse” restoranı həm də Yeni Zelandiyada görməli yerlərdən biri sayılır.