Saakaşvili həbsxanadan dünyaya müraciət edib:"Vəkilimə deyiblər ki..."

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanadan dünya ictimaiyyətinə müraciət edib. 
Azpost.info bildirir ki, sabiq prezident rəsmi hakimiyyətin qərəzli münasibətindən narazılıq edib.
“Mənim həbsim dünyanın tanımadığı iki məhkəmə hökmü üzrə həyata keçirilib. Eyni zamanda iki yekunlaşmamış iş üzrə order verilib. Gürcüstan qanunvericiliyinə görə, istənilən şəxs davam edən məhkəmə işinə görə, dərhal məhkəməyə çıxarılmalıdır.  Məni artıq 9 gündür ki, heç bir dindirmə olmadan həbsdə saxlayırlar. Hakim vəkilimə deyib ki, yaxın həftələrdə hər hansı bir dinləmə gözlənilmir”
M. Saakaşvili bəyan edib ki, bu adım onun seçki zamanı görünməməsi üçün atılır: “Seçkilərin ikinci turu keçiriləcək. Hakimiyyət bu vaxt müddətində mənim kütlə qarşısına çıxmağıma imkan vermək istəmir. Hər bir böyük şəhərdə keçiriləcək seçkilərdə mənim partiyam İvanaşvilinin partiyası ilə çiyin-çiyinə gedir”.
Sabiq prezident məhkəmə işi ilə bağlı biganə qalmamağa çağırıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağacda yerləşən restoran –

Sonrakı məqalə

Batumidə binanın çökmə səbəbi açıqlanıb –