Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı

Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.

Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.

Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.

Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.

Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.