Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

AzPost Musavat.com-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov metroda qanunsuz hərəkət edib. Bu səbəbdən o, metro polisi tərəfindən saxlanılıb. Onun barəsində protokol qəbul edilərək məhkəməyə göndərilib.

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi olan N. Cəlilovla A. Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.