Ağcabədi sakininin qazdığı quyudan qızıl çıxıb? –

Həyətdə polis postu qurulub, analiz götürülüb
13 İyul 2021 - 14:51

Ötən gün sosial şəbəkədə Ağcabədi rayonunun Hacılar kəndində qazınıtı zamanı qızıl tapılması barədə məlumat yayılıb. Xəbər böyük ajiotaj yaradıb. 

Kənddə su quyusu qazarkən qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır. Kənd sakinləri bu barədə dövlətə məlumat veriblər.
Ağcabədi rayonu Hacılar kənd sakini, istefada olan polis əməkdaşı Yaşar Abbasov adalet.az-a kənddə qızıl aşkarlandığını təsdiqləyib: ”Kənd sakini Sahib kişinin həyətində quyu qazılıb. Ev sahibi gecə qaranlığında quyudan çıxarılmış torpağın parıltılı olduğunu görüb. Telefon işığında baxıb. Torpağın zərli hissəciklərdən ibarət qarışıq olduğunu görən ev sakini əlaqədar orqanlara məlumat verib. Qızıl aşkarlandığı ehtimal edilən həyətdəki torpaqdan analiz götürülüb. Ev sahibinin ehtimalı analizlərin cavabından sonra bəlli olacaq”.

Y.Abbasov bildirib ki, kənddə polis mühafizəsi yalnız qızıl aşkarlandığı ehtimal olunan həyətdə qurulub.