Ağcabədidə 9-cu sinif şagirdi özünü asıb

Ağcabədi rayonunda 9-cu sinif şagirdi qız özünü asıb.

AzPost bildirir ki, bu barədə  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşımında bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı müxtəlif ehtimallar müzakirə olunur. İddia olunur ki, ötən il sosial şəbəkələrdə yeniyetmə ilə bağlı görüntülər paylaşılıb. Buna görə məktəb rəhbərliyi qızın ailəsini söhbətə çağırıb. Bu dərs ilində isə şagird təhsilə daha ciddi yanaşıb, davamiyyəti yaxşı olub.

Hadisə baş verən gün məktəbli dərsə gəlməyib. Ailəsinin bildirdiyinə görə, anası əməliyyat olunduğu üçün icazə alıb, valideynlər günorta saatlarında xəstəxanada olan zaman evdə tək qalan qız özünü asıb.

K.Ağazadə intihar edən yeniyetmənin kimliyini məxfi saxlayır. O deyib hazırda DİN hadisə ilə bağlı məlumatı araşdırır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.