Ağdam şəhərində Mərkəzi parkın tikintisi işlərinə 8 752 060 AZN xərclənəcək.
AzPost xəbər verir ki, bu barədə “Ağdan, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə” publik hüquqi şəxsindən bildirilib.
İşləri həyata keçirəcək şirkət hələlik müəyyənləşməyib.
Bundan başqa Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 (9 169 651 AZN), məhəllə O-123 üzrə binaların tikintisi işlərinə (13 513 151 AZN) ümumilikdə 22 682 802 AZN xərclənəcək.
Bununla bağlı “Ağdan, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə” publik hüquqi şəxs hazırlıqlara başlayıb.
Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işlərinə isə 1 172 681 AZN sərf edilməsi planlaşdırılır.