Ağdamda 107 milyon manata nə tikiləcək?

Ağdam şəhərində 4 nömrəli yaşayış massivində yaşayış binalarının tikintisi ilə bağlı həyata keçirilən müvafiq işlər davam etdirilir.
AzPost  xəbər verir ki, şəhər ərazisində bərpa və yenidənqurma işləri sürətlə aparılır.
Belə ki, massivin 1, 2, 3, 4, 5 və 6-cı məhəllələri üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə başlanılır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti sözügedən məhəllələr üzrə yaşayış binalarının tikintisinin 107,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.