Ağdamda atasının döydüyü iddia edilən iki yaşlı körpə ilə bağlı –DETALLAR

Ağdamda azyaşlı ağır xəsarət alıb.

AzPost APA -ya istinadən xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.

Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.