Ağdam rayonunun işğaldan azad olunmuş “Burundağ” üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağı hərracda satılıb.
AzPost bildirir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin açıqlamasında deyilir.
Hərrac 29 yanvar 2026-cı ildə baş tutub.
Hərracın qalibi Türkiyənin “AK Mermer” MMC olub.
160 000 m3 həcmi və 2 hektar sahəsi olan Burundağ yatağı 34 min manata 1 illik istifadə üçün bu şirkətə verilib.