Ağdamda detonator partlayıb, ANAMA əməkdaşı xəsarət alıb

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.