Ağdamda tikintidə fəhlənin sinəsinə armatur batıb.
APA-nın əldə etdiyi xəbərə görə, xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun sinəsindən armaturu çıxarmaq üçün mərkəzə FHN-nın Qarabağ regional idarəsinin xüsusi riskli xilasetmə qrupu cəlb olunub.
Ağdamda tikintidə sinəsinə armatur batan fəhlə ölüb.
Xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzində vəfat edib.