Ağdamda kütləvi məzarlıq üzə çıxdı –FOTO

Ağdamda kütləvi məzarlıq aşkarlanıb.

Məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar. (APA)

Əvvəlki məqalə

Ceyhun Bayramov Britaniyaya işgüzar səfərə gedib

Sonrakı məqalə

100 kilo marixuana, heroin, “patı” –